Yuxarı

Bakı polisi bar və masaj salonlarında reydə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı polisi bar və masaj salonlarında reydə başlayır

Bu gün Bakıdakı masaj salonlarından birində dava-dalaş olub.

Lent.az-ın məlumatına görə, saat 04 radələrində Xəqani küçəsi 14 ünvanında yerləşən "Aqua" masaj salonunun qarşısında obyektin mühafizəçisi, 1988-ci il təvəllüdlü Kəndalov Samir Bəşir oğlu ilə bir qrup şəxs arasında dava baş verib. Nəticədə mühafizəçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı 39-cu Polis Bölməsi araşdırma aparır.

Axar.az xəbər verir ki, barlarda baş verən bu cür hallar bununla bitmir. Elə ötən gün paytaxtın mərkəzi hissəsində yerləşən "İnfiniti" gecə klubunda bar rəhbərliyinin hörmətsiz bir hərəkəti - Heydər Əliyevin anım günü şadyanalıq edib, diskotekaya ara verməməsi paytaxt sakinlərinin səbr kasasını doldurub.

Əldə etdiyimiz məlumata görə, yaxın günlərdə Bakıda qanunsuz fəaliyyət göstərən bar və masaj salonlarında ciddi reydlərə başlanılacaq. Bu isə təbii ki, onlarla masaj salonunun və gecə klubunun bağlanması deməkdir.

Bildirək ki, fəaliyyət göstərən bar və masaj salonları əsasən paytaxtın mərkəzi küçələrində cəmləşib. Onların demək olar ki, heç biri təyinatı üzrə fəaliyyət göstərmir. Bir neçə dəfə paytaxt polisi xüsusi reydlər keçirib obyekt sahiblərini cəzalandırsa da, bu, onların işinə mane olmayıb.

Tarix
2014.12.15 / 08:15
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla