Yuxarı

Azyaşlı oğlunu narkotikə görə istifadə edən ata tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs ifşa edilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Cəlilabad rayonu ərazisində keçirilən əməliyyat zamanı Salyan sakini əvvəllər məhkum olunmuş İdris Hüseynov idarə etdiyi VAZ 2107 markalı avtomobillə birlikdə saxlanılıb. Nəqliyyat vasitəsinə baxış zamanı 6 bağlama narkotik vasitə olan tiryək və 3 bağlama heroin aşkar edilərək götürülüb.

Ekspertizanın verdiyi rəyə əsasən müəyyən edilib ki, aşkarlanan tiryək 12 kiloqram 10 qram, heroin isə 2 kiloqram 370 qramdır. İ.Hüseynov ifadəsində bildirib ki, narkotik vasitələri cəzaçəkmə müəssəsində tanış olduğu “Alı” adlı İran vətəndaşından alıb. Həmin şəxs narkotik vasitələri qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirərək İ.Hüseynova verib.

Qeyd edək ki, İ.Hüseynov saxlanılan zaman onun idarə etdiyi avtomobildə 11 yaşlı oğlu da olub. Saxlanılan şəxs ifadəsində qeyd edib ki, narkotik vasitələri əldə etməyə azyaşlı oğlunu yolda polislər ondan şübhələnməsin deyə aparıb. Azyaşlı uşaq artıq polislər tərəfindən anasına təhvil verilib.

Öz çirkin əməlinə azyaşlı uşağını ələt edən İ.Hüseynov barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2019.05.23 / 14:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla