Yuxarı

İcra başçısından örnək addım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sübh saatlarında Ələt-Astara magistral yolunun Neftçala rayonu ərazisindən keçən 85-ci kilometrliyində baş verən dəhşətli qəzada ölən 4 nəfərin meyiti Salyan rayon xəstəxanasından Yardımlıya yola salınıb.

Publika.az xəbər verir ki, rayon xəstəxanasına qəzada vəfat edən 4 nəfərin meyitinin gətirildiyini öyrənən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov dərhal xəstəxanaya gəlib. O, vəfat edən şəxslərin cənazələrinin ailələrinə təhvil verilməsi və Yardımlıya yola salınması işinə şəxsən rəhbərlik edib və onları ayrı-ayrı maşınlarda rayonlarına göndərib.

Qeyd edək kii, “Ford Transit” markalı mikroavtobusun yük avtomobilinə çırpılması nəticəsində 1998-ci il təvəllüdlü Yaqubov Cavid Əlizadə oğlu, 1975-ci il təvəllüdlü Məhərrəmov Rövşən Qənbər oğlu, sürücü - 1971-ci il təvəllüdlü Mirzəyev Səlim Müzəffər oğlu və 1991-ci il təvəllüdlü Əliyev Azər Zəfər oğlu hadisə yerində dünyasını dəyişib. Ölənlərin hamısı Yardımlı rayon sakinləridir.

Hadisə nəticəsində ağır xəsarət alan 2 nəfər: 1991-ci il təvəllüdlü Hümbətzadə Şiraz Mürsəl oğlu və 1998-ci il təvəllüdlü Əsgərzadə Çinarə Mehdi qızı xəstəxanaya yerləşdirlib.

Onu da qeyd edək ki, Sevindik Hətəmov 2016-cı ildə Salyan rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilənədək Yardımlı rayonuna rəhbərlik edib.

Tarix
2019.05.23 / 15:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla