Yuxarı

Zakir Həsənov: "Mübarizəyə hazır olmalıyıq"

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov: "Mübarizəyə hazır olmalıyıq"

"Neçə illərdir, Azərbaycan torpaqlarının bir hissəsi işğala məruz qalıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir nəticə yoxdur".

Report.az-ın məlumatına görə, bunu Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrin şəxsi heyət və kadr bölmələrinin rəhbər heyəti, hərbi hüquqşünas və psixoloqlarla, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrinin humanitar fənn kafedralarının professor və müəllim heyəti görüşündə deyib.

O, inkişaf etmiş bəzi dövlətlərin, beynəlxalq təşkilatların bu işğala ikili standartlardan yanaşdığını bildirib: "İki nəfər azərbaycanlı öz əzizlərini ziyarət etmək üçün doğma ata-baba ocaqlarına gedib və bu zaman ermənilər tərəfindən tutularaq qatil, terrorçu kimi istintaqa cəlb edilib. Artıq Ermənistan rəsmiləri bu məsələ ətrafında şou düzəldiblər. Bəs, insan hüquqlarına cavabdehlik daşıyan beynəlxalq qurumlar niyə susurlar? Axı, bizim vətəndaşlarımız terrorçu deyillər, sadəcə öz mənəvi ehtiyacları xatirinə işğalda olan doğma ocaqlarına gediblər. Amma neçə illərdir ki, qanuni torpaqlarımız işğala məruz qalıb, qardaş Türkiyədən savayı heç bir dövlət buna görə Ermənistana təzyiq göstərmir. Belə olan halda şəxsi məsuliyyətimizi dərindən hiss etməli və doğma torpaqlarımızı işğaldan azad etmək üçün ədalətli mübarizəyə hazır olmalıyıq".

Tarix
2014.12.15 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı - Video

İranın DİN rəhbəri İlham Əliyevə təşəkkür etdi

Prezident iranlı naziri qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla