Yuxarı

Özbəkistanda möhtəşəm Azərbaycan bayramı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə Azərbaycanın Özbəkistandakı səfirliyi qəbul təşkil edib.

Musavat.com-un qəbulda iştirak edən müxbiri bildirir ki, mayın 23-də Daşkəndin Vindham otelində baş tutan məclisdə Özbəkistanın Baş naziri Abdulla Aripov, Senatın sədr müavini Saleh Safoyev, Xarici İşlər nazirinin müavini İlham Nemətov, Türkiyənin, Qazaxıstanın, Türkmənistanın, Qırğızıstanın, Macarıstanın, Pakistanın, İsrailin, Avropa Birliyinin, Bolqarıstanın, Çinin, Fransanın, İtaliyanın, İspaniyanın, Belorusun, Rusiyanın, Polşanın, Çexiyanın, İranın, Fələstinin və digər körfəz ölkələrinin səfirləri və diplomatik nümayəndələri iştirak ediblər. Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun üzvləri Elman Nəsirov və Aydın Hüseynov da mərasimə qatılıb.

Bayram tədbiri Azərbaycan və Özbəkistan dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Daha sonra tədbir Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və çağdaş dünyadakı yeri haqqında çıxışı ilə davam edib.

Böyükelçi Hüseyn Quliyev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin türk, eləcə də Şərq dünyası üçün böyük açılış etdiyini vurğulayıb: "Azərbaycan bu gün də region siyasətinin aparıcı ölkələrindən biridir. Bir neçə transregional layihələri uğurla həyata keçirən ölkəmiz daha ciddi layihələrə iddialıdır. Tolerantlıq, qonşu dövlətlərlə qarşılıqlı dostluq və mehribanlıq siyasəti yürüdən Azərbaycan Ermənistan tərəfdən işğalla üzləşib və Qarabağ məsələsi bizim ən böyük problemimiz olaraq qalmaqdadır. Mən ümid edirəm ki, yüksək inkişaf mərhələsinə yüksəlməklə Azərbaycan bütün problemləri arxada qoya biləcək”.

Daha sonra qonaqlara ziyafət verilib.

Tarix
2019.05.23 / 21:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla