Yuxarı

Bu yağın balı çıxdı: 40% bahalaşdı – Səbəb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan istehlakçıları qida məhsulları da daxil olmaqla, Belarus mallarını daha keyfiyyətli sayır. Hazırda yerli bazarda Belarus yağlarına da tələbat çox olduğu üçün qiymət artımı müşahidə edilir.

Bu sözləri Axar.az-a Belarus yağlarının bahalaşmasına münasibət bildirən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, yerli mallar Belarus mallarıyla müqayisədə daha keyfiyyətlidir:

“Sanki ölkədə Belarus malları haqqında mif yaradılıb. Bəzilərində belə bir fikir formalaşıb ki, Belarus yağı çox keyfiyyətlidir. Əslində isə yerli mallar Belarus mallarından daha üstün və keyfiyyətlidir. Yağ sektoruna gəldikdə isə Belarus yağlarından daha təmiz, daha keyfiyyətli olan Zelandiya yağı 17 manat civarındadır. Yağlılığı aşağı olan Belarus yağının 2-3 ay öncə kiloqramı 10 manata satılması bəlkə də normal idi. Ancaq hazırda Belarus yağının qiymətdə sıçrayış edərək, Zelandiya yağının qiymətinə yaxınlaşmasının heç bir iqtisadi əsası yoxdur. Təəssüflər olsun ki, bu sahədə mükəmməl ekspertiza getmir. Qiymətlər isə məhsulun dəyərindən daha çox, tələblə müəyyənləşir. Əgər Belarus yağına tələb azalarsa, qiymətlərdə aşağı düşmə müşahidə oluna bilər”.

Qeyd edək ki, bir neçə ay öncə yerli bazara Belarus yağı 10 manata daxil olmuşdu. Hazırda isə bu yağın qiyməti 40 faizə yaxın bahalaşaraq, 13,79 manata satılır.

Tarix
2019.05.24 / 11:39
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla