Yuxarı

Millət vəkili sakinlərlə görüşdü, şikayətləri dinlədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayeva Tovuzun kəndlərini ziyarət edərək sakinlərlə görüşüb.

Axar.az xəbər verir ki, sakinlər görüş zamanı ünvanlı sosial yardım, təhsil, səhiyyə, işlə təminat, məşğulluq, qaz, su və elektrik təchizatı ilə bağlı üzləşdikləri problemin həllinə dəstək göstərilməsi üçün Q.Paşayevaya müraciət ediblər. Millət vəkili sakinlərin şikayətlərini dinləyib və həlli istiqamətində müvafiq müzakirələr aparıb.

Millət vəkili həmçinin bir sıra şəhid ailələrini, Qarabağ müharibəsi əlillərinin ailələrini, fiziki imkanları məhdud insanları ziyarət edərək onların da problemləri ilə maraqlanıb. Kəndlərdə bir sıra xəstələri ziyarət edən Q.Paşayeva onların müalicələri ilə maraqlanıb, bəzilərinin daha yaxşı müalicə almaları və əməliyyat olunmaları üçün Bakı və Tovuz rayon xəstəxanalarına müraciət edib.

Millət vəkili Prezident İlham Əliyevin göstəriş və tapşırıqları ilə Tovuzda insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan layihələr barədə də ətraflı məlumat verib.

Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların təkliflərini parlamentdə səsləndirəcəyini söyləyib.

Tarix
2019.05.24 / 12:29
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Konfrans Mərkəzində...

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla