Yuxarı

Sabah Bakıya yağış yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-na gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşam isə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.

Tarix
2019.05.25 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla