Yuxarı

Millət vəkili Şamaxıda: Aprel qəhrəmanları anıldı – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin təşkilatçılığı və Şamaxı rayonu İcra Hakimiyyətinin dəstəyi ilə “Qəhrəmanlar unudulmur” layihəsi çərçivəsində Şamaxıda tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Qənirə Paşayeva, türkiyəli yazar Məryəm Aybikə Sinan, “Zəfər” şəhid ailələrinə dəstək ictimai birliyinin sədri Sevinc Alızadə, yazıçı-publisist Aida Eyvazlı, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları və gənclər iştirak ediblər.

Mərasimdə Vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş qəhrəmanlarımızın döyüş yolu haqqında iştirakçılara məlumatlar verilib. Qeyd edilib ki, bu qəhrəmanlar hər bir gəncimiz üçün mükəmməl örnəkdir.

Millət vəkili Qənirə Paşayeva qəhrəman şəhidlərimiz haqqında tədbirlərin tez-tez keçirilməsinin vacibliyini qeyd edib.

“Torpaqlarımızın 20 faizi hələ də düşmən işğalı altındadır və gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi üçün şəhidlərimizin həyat yolundan gənclərimiz örnək almalıdır, gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq”, - millət vəkili deyib.

Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik.

Türkiyəli tarixi əsərlər müəllifi Məryəm Aybikə Sinan Azərbaycan xalqının qəhrəman bir xalq olduğunu, tarix boyu öz dəyərləri uğrunda daim mücadilə etdiyini bildirib. Bu mücadilə nəticəsində Azərbaycan indi müstəqil dövlətdir.

Aprel qazisi Əhliyyət Mehdiyev, yazıçı-publisist Aida Eyvazlı da çıxış edib.

Sonra Dövlət Sərhəd Xidmətinin solisti Fəxri Kazım Nicat vətənpərvərlik mahnıları ifa edib.

Daha sonra Mədəniyyət evinin foyesində şəhidlərin döyüş yolundan bəhs edən sənədli və bədii kitabların sərgisi keçirilib. Millət vəkili Q.Paşayeva şəhid ailələrinə müəllifi olduğu kitabları hədiyyə edib.

Tarix
2019.05.25 / 15:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla