Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Sentyabr 2019


Azərbaycanla bu ərazilər razılaşdırılmayıb - Tiflis

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan-Azərbaycan sərhədində 14-ə yaxın hissə razılaşdırılmayıb və bu hissələrə Keşikçidağ Məbəd-Kompleksi yaxınlığında yerləşən ərazilər də daxildir.

Report xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan və Azərbaycan arasında Sərhədin Delimitasiya və Demarkasiyası üzrə Komissiyanın həmsədri, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalia bildirib.

Onun sözlərinə görə, mayın 23-ü və 24-də komissiyanın Bakıda keçirilən iclasında razılaşdırılmamış hissələrlə bağlı ətraflı müzakirələr aparılıb:

“Sərhədin təxminən üçdə iki hissəsi razılaşdırılıb. Üçdə bir hissəsi isə razılaşdırılmamış olaraq qalır. Həmin sahələrə ekspertlərin birgə səfər etməsi ilə bağlı razılıq əldə olunub və səfərlərdən sonra komissiya nəticələri müzakirə etmək üçün iclas keçirəcək”.

L.Darsalia qeyd edib ki, Keşikçidağ Məbəd-Kompleksi yaxınlığında yol tikinti işləri Azərbaycan tərəfdə ölkənin nəzarəti altında olan ərazilərdə aparılıb və buna baxmayaraq bütün işlər dayandırılıb.

Daha əvvəl komissiyanın həmsədri bildirib ki, Gürcüstan-Azərbaycan sərhədində razılaşdırılmamış sahələr üzrə hələ heç bir qərar qəbul olunmayıb.

Tarix
2019.05.26 / 13:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanda bu reklama məhdudiyyət qoyulur

İsmayılovlar erməni casusun "qolları arasında" - Foto

Bu rayona qazın verilişi dayandırıldı

Bu şəxslərə fəxri adlar verildi - Sərəncam

İlham Əliyev 3 sərəncam imzaladı

Bu, hər bir insanın düşüncə tərzi olmalıdır - Polis mayoru

Nəticələr elan edildi: onların təhsil haqqı ödəniləcək

Nazir Nəzarət Bölüyünə komandir təyin etdi

Aşurada zəncirvurma halları olub? – Sədr açıqladı

Bərdədə 4 maşın toqquşdu: yaralılar var

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla