Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2019


Qusarın işığı bərpa olundu – “Azərişıq”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam saatlarından etibarən başlayan güclü külək və yağıntılar Azərbaycanın şimal rayonlarında bir sıra fəsadlar törədib. Ağaclar aşıb, evlərin dam örtüyü uçub, elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, qurum sinoptiklərin şimal bölgəsi üçün verilən proqnozunu nəzərə alaraq gücləndirilmiş iş rejimində çalışıb:

"Elektrik enerjisi təsərrüfatına dəyə biləcək ziyanın aradan qaldırılması, yaranmış fəsadların mümkün qədər tez bir zamanda həll edilməsi üçün zəruri olan ehtiyat tədbirləri görülüb. Bölgəyə qonşu rayonlardan və Bakıdan əlavə briqadalar göndərilib, zəruri olan texnikalar səfərbər edilib. Habelə zəruri mal-material ehtiyatı yaradılıb. Briqadalarımız gecə saatlarından etibarən dayanmadan qasırğanın elektrik təsərrüfatına vurduğu ziyanın nəticələrini aradan qaldırmaq üçün işləyir”.

O qeyd edib ki, ən çox ziyan Qusar rayonuna dəyib, elektrik xətləri qırılıb, dayaqlar aşıb. Ziyanın miqyası böyük olsa da, rayonunun bütün ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib.

Qeyd edək ki, Quba və Qusarda ən çox ziyan 0.4 kv-luq şəbəkədə qeydə alınıb. 10 kv-luq xətlərin hamısı artıq bərpa edilib. Briqadalar xətlərin üstünə aşan ağacları təmizləyib, zədələnən xətləri bərpa edib.

Tarix
2019.05.26 / 14:55
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Gəncəliyev Türkiyəyə getdi

Bakıda qalmaqal: Əyləncəyə milyonlar xərcləyən rəhbər... - Video

Hacıqabulda zavod açılır: QAZ istehsal ediləcək

Bəzi binalara istilik niyə verilməyib?

STM-dən yeni imtahan modeli ilə bağlı hesabat

Kərimov sabiq nazirin dayısını işdən çıxartdı: Səbəb... - Video

Həftəsonu qəzada 12 nəfər ölüb - DİN açıqladı

Hər semestr 40-50 tələbə maliyyələşdiriləcək - Nazirlik

Xəzərdə neftçi batdı

“Şahənşah”dakı zəhərlənmə ilə bağlı AQTA-dan açıqlama

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla