Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 İyun 2019


Vəkilindən Fuadla bağlı açıqlama: Dərhal...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalist Fuad Abbasovun Rusiyadan deportasiya edilməsi ilə bağlı qərarın ləğv edilməsi üçün apelyasiya şikayəti verilib.

Fuad Abbasovun yeni vəkili Teyyub Şərifov ONA-ya açıqlamasında deyib ki, mayın 23-dən rəsmi olaraq Fuad Abbasovun müdafiəsinə qoşulub.

Vəkil Fuad Abbasova qarşı Rusiya açılan inzibati iş materialları və yekun qərarla tanış olduğunu söyləyib:

"İşdə kobud prosessual pozuntulara yol verilib. Ona görə də müdafiəyə qoşulduğum gün mənim tərəfimdən Moskva vilayəti Ximki Şəhər Məhkəməsinin qərarından dərhal yuxarı instansiya olan Moskva vilayət Məhkəməsinə şikayət verdik. Mayın 23-nə kimi Fuad Abbasovun ölkədən çıxarılması haqqında məhkəmə qərarı heç kəs tərəfindən öyrənilməyib və şikayət edilməmişdi".

Teyyub Şərifov Fuad Abbasovun mayın 28-də deportasiya olunacağı barədə yayılan məlumatların əslində heç bir əsasının olmadığını da söyləyib. Vəkil Fuad Abbasovun müdafiəsini müstəqil həyata keçirdiyini və Fuad Abbasovun hüquqlarını müdafiə komitəsinə daxil olmadığını, eləcə də fəaliyyətinin koordinasiyası üçün digər məsləkdaşlara və hüquqşünaslara ehtiyacının olmadığını da vurğulayıb.

Tarix
2019.05.26 / 16:03
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Fazil Məmmədovun səhhəti yenə pisləşdi

MN cəbhədəki son durumla bağlı məlumat yaydı

Oğurlanan pullar isə camaatın cibindən çıxarılır - Həsənquliyev

Bu hallarda maşın cərimə meydançasına aparılacaq

Bakının bu rayonunda bir gündə 150 avtomobil saxlanıldı

Azərbaycan gömrüyü bir uğur hekayəsidir - ABŞ səfiri

Azərbaycanda Silahlı Qüvvələr Günüdür

Fuad Abbasov Bakıda: Fəaliyyətimi davam etdirəcəyəm

BŞİH çimərliklərlə bağlı açıqlama yaydı: Pulsuzdur!

DGK sədri Argentina səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla