Yuxarı

Sahibkarlar ekologiya şöbəsini ittiham elədi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibkarlar ekologiya şöbəsini ittiham elədi - Foto

Lənkəranda 1 saylı ərazi üzrə ekologiya təbii sərvətlər şöbəsinin sektor müdiri Bəxtiyar Hüseynovdan şikayət var.

Bir qrup sahibkarın Axar.az-a göndərdiyi şikayət məktubunda deyilir ki, şöbə müdiri Bəxtiyar Hüseynov iş adamlarını yaşıllıqları məhv etməkdə günahlandırıb tək-tək qanunsuz şəkildə cərimələyir.

Sahibkarların sözlərinə görə, B.Hüseynov rayonun Şəhidlər Xiyabanı küçəsində gizli çəkiliş aparır və ərazidə yaşıllıqların kəsildiyini, yerində tikinti işləri aparıldığını əsas gətirərək nazirliyə şikayət yazıb göndərir.

Obyekt sahibləri isə qeyd edirlər ki, onlar ərazidə yaşıllığa heç bir ziyan verməyiblər və tikinti işləri aparılması haqda İcra Hakimiyyətindən rəsmi sərəncam əldə ediblər. Üstəlik, yeni yaşıllıq salınması üçün ağaclar da əkiblər, abadlıq işləri görüblər. B.Hüseynov isə sahibkarlardan qeyri-rəsmi haqq tələb edir.

Bildirək ki, rayonun magistral yollarında, parklarında və küçələrində əsasən dəmir ağacı, şabalıd yarpaq palıd, ağcaqayın, qızılağac, göyrüş və bu kimi həmişəyaşıl ağaclar əkilir. Ötən il Lənkəran meşə mühafizəsi və bərpası müəssisəsi tərəfindən 190 hektar ərazidə yeni meşələr salınıb.

Tarix
2014.12.15 / 22:01
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla