Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
23 Sentyabr 2019


Qurbanov açıqladı: BTQ ilə sərnişin daşınması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Tiflis-Qars dəmiryolu xətti ilə sərnişin daşınmasını reallaşdırmaq ilə bağlı bütün işlər bu ilin avqustunda yekunlaşacaq.

Report xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov İTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Qars istiqamətində sərnişin daşımalarının həyata keçirilməsi üçün dəmiryolu xətti hazırdır, həmçinin qatarlar da gətirilib:

"Vaqon gətiriləndən sonra sınağı keçirilməlidir. Sınaqlar keçiriləndə insanların təhlükəsizliyinin tam təmin edilməsinə əmin olacağıq. Bizim hesablamalarımıza görə bu, avqust ayına reallaşacaq. İnfrastruktur demək olar ki, hazırdır".

C.Qurbanov biletin qiyməti ilə bağlı da məlumat verib:

“Türkiyə tərəfindən qiymətlər açıqlanmışdı. Lakin həmin qiymətlər nə Azərbaycan tərəfinin, nə də Gürcüstan tərəfinin qərarıdır. Bakı- Tiflis-Qarsda biletin qiyməti insanların yaşayış tərzinə uyğun olacaq”.

Xatırladaq ki, Türkiyə mətbuatında yayılmışdı ki, Bakı-Tiflis-Qars dəmir yolu ilə sərnişinlərin daşınması bu ilin avqust ayından başlanacaq. Belə ki, həftədə bir səfər nəzərdə tutulub. Qiymətlərin vaqonların klasından asılı olaraq adambaşına 97-220 manat arasında olacağı güman edilirdi. Həmçinin qeyd olunurdu ki, sözügedən qatar vasitəsilə Ankaraya getmək də mümkün olacaq.

Tarix
2019.05.26 / 21:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Gəncə terroru: şok stenoqram yayıldı - Video

Nəsim Sadiqi həbs edildi

Fermerlərə şad xəbər: 800 manat subsidiya - Video

Komitə sədri Hüseynzadənin qızı ilə görüşdü - Foto

NATO-nun ilk azərbaycanlı qadın pilotu - Foto

Ermənilərin fəaliyyəti heç nəyi dəyişməyəcək – İranlı deputat

Ayfon-11 Bakıda satışa çıxarıldı – Şok qiymətə

Cəlilabadda 8 otaqlı ev yandı

70 yaşlı müəllim "general"a 10 min rüşvət verib – Təfərrüat

Ağsuda iki avtomobil toqquşdu: xəsarət alan var

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla