Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2019


Moskvada 28 May Respublika günü qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə açıq havada 28 May Respublika günü qeyd edilib.

Moskvada 28 May Azərbaycanın dövlət bayramı – Respublika Günü münasibətilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi tərəfində velotur təşkil edilib.

Report xəbər verir ki, Heydər Əliyev fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbir M.V Lomonosov adına Moskva Dövlət Universitetindən başlayaraq Qorki bağına kimi davam edib.

Rusiyanın müxtəlif universitetlərində təhsil alan 100-ə yaxın tələbə Azərbaycan və Rusiya bayraqları ilə 10 km-ə yaxın məsafəni qət edərək, Qorki bağında rusiyalılara Azərbaycan musiqisini və milli rəqslərini nümayiş etdiriblər.

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin idarə heyətinin üzvü Ceyhun Hüseynov çıxışında Leyla Əliyevaya təşəkkürünü bildirərək, veleturun mahiyyətinin Azərbaycan həqiqətlərinin Rusiya cəmiyyətinə çatdırılması və gənclərdə vətənpərvərlik hissinin artırılması olduğunu qeyd edib.

Ceyhun Hüseynov 28 May Respublika gününün açıq havada təşkil olunmasında məqsədin moskvalıların və şəhərin qonaqlarının milli bayramımızla daha yaxından tanış olmamaları və gənclərə sağlam həyat tərzini aşılamaq olduğunu bildirib.

Tarix
2019.05.26 / 22:38
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ağsu aşırımında dəhşət: "Əjdaha" peyda oldu - Foto

Putinin qadağasından Tiflis nə qədər pul itirəcək?

Arvadını və körpəsini döyə-döyə öldürdü... - Dəhşətli qətl

DGK sədri Gəncədə sakinlərlə görüşdü

Yeni nazir polisləri topladı, ilk tapşırığını verdi

Sabah 40 dərəcə isti olacaq

Abşeronda qəza: 3 nəfər xəsarət aldı

Qaralov və Çayka arasında görüş başladı - Foto

“Sədərək”də mağazalar bağlandı: Nələr baş verir?

Bakı sakini maşınla qətl törətdi - Qəsdən

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla