Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 İyun 2019


“Nar”dan möhtəşəm müsabiqə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ən gənc mobil operatoru “Nar”, paytaxtımızın ev sahibliyi edəcəyi UEFA Avropa liqasının final qarşılaşmasına daha da həyəcan qatmaq üçün sosial media səhifələrində müsabiqə keçirir. “Nar” abunəçiləri internet üzərindən keçirilən futbol viktorinasında iştirak etməklə, həm öz biliklərini sınaya, həm də qalib gələrək 100 şəbəkədaxili pulsuz dəqiqə qazana bilərlər. Müsabiqə 26 mayda başlayacaq və elə həmin gün saat 23:59-da da yekunlaşacaq.

Axar.az xəbər verir ki, “Nar” tərəfindən keçirilən bu müsabiqədə digər mobil operatorların abunəçiləri də iştirak edə bilər. Futbol tarixi, məşhur klublar, futbolçularun karyerası və digər maraqlı sualların hamısına düzgün cavab verən bütün “Nar” abunəçiləri 100 şəbəkədaxili dəqiqə hədiyyə qazanacaq.

Nəticələr 27 mayda elan olunacaq, 29 mayda isə qazandıqları bonus dəqiqələr onların balansına əlavə ediləcək. Müsabiqədə bu keçid vasitəsilə iştirak etmək mümkündür: https://www.nar.az/promo/29may-football.html

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2019.05.26 / 23:29
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Ağsu aşırımında dəhşət: "Əjdaha" peyda oldu - Foto

Putinin qadağasından Tiflis nə qədər pul itirəcək?

Arvadını və körpəsini döyə-döyə öldürdü... - Dəhşətli qətl

DGK sədri Gəncədə sakinlərlə görüşdü

Yeni nazir polisləri topladı, ilk tapşırığını verdi

Sabah 40 dərəcə isti olacaq

Abşeronda qəza: 3 nəfər xəsarət aldı

Qaralov və Çayka arasında görüş başladı - Foto

“Sədərək”də mağazalar bağlandı: Nələr baş verir?

Bakı sakini maşınla qətl törətdi - Qəsdən

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla