Yuxarı

AAYDA güncləndirilmiş rejimə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 may - Respublika günü və UEFA-nın Avropa Liqasının final oyununun Azərbaycanda keçirilməsi ilə əlaqədar olaraq ölkəyə xarici qonaqlar və turistlərin gələcəyi, bır sıra bayram tədbirlərinin keçiriləcəyi, həmçinin respublikanın bölgələrinə səfər edən, istirahət zonalarına üz tutan vətəndaşların sayının artacağı və bununla da ümumi istifadədə olan avtomobil yollarında avtonəqliyyatın hərəkət intensivliyi gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilib.

"Qeyd edilənləri nəzərə alaraq, 27-29 may tarixlərində avtomobil yollarının, körpülərin, yol qurğularının qorunmasına nəzarətin gücləndirilməsi, nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətinin təmin edilməsi, baş verə biləcək yol nəqliyyat hadisələri zamanı yol infrastrukturuna dəymiş ziyanın və qəzanın nəticələrinin qısa müddətə aradan qaldırılması, vətəndaşlar tərəfindən edilmiş zənglərin operativ cavablandırılması, qeyd edilən müddət ərzində avtomobil yollarında nəzarətin həyata keçirilməsi məqsədilə Agentlik gücləndirilmiş iş rejiminə keçib, qurumun aparatında və tabeliyindəki məhdud məsuliyyətli cəmiyyətlərdə sutkalıq növbətçilik təşkil edilib.

Avtomobil yollarının və yol qurğularının istismar vəziyyəti barədə, həmçinin yollarda və yol qurğularında ekstremal vəziyyət yarandığı hallarda Agentliyin 012-599-79-75 nömrəli “Qaynar xətt”inə və respublikanın aidiyyəti qurumlarına operativ şəkildə məlumat verilməklə zəruri tərbirlər görülməli, körpülərin requlyasiyalarının dağılmış hissələrinin bərpasını və körpülər yerləşən ərazidə çay yataqlarının təmizlənməsi işlərinə nəzarət edilməli, yol nişanlarının, yol avadanlıqlarının, siqnal dirəklərinin eləcə də avtomobil dayanacaqlarının texniki vəziyyətinə baxış keçirilməklə nöqsanlar aradan qaldırılmalıdır.

“Qaynar xətt”ə daxil olan məlumatlar isə öz növbəsində növbətçi və məsul növbətçilər tərəfindən operativ şəkildə qeyd edilib aidiyyəti üzrə çatdırılmalı və baş vermiş hadisələrin zərərli nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilməlidir", - deyə açıqlamada qeyd olunub.

Tarix
2019.05.27 / 14:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla