Yuxarı

Elçin Quliyev Gürcüstan Sərhəd Po­lisinin rəisi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 27-də Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Po­lisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyət­lərinin dövlət sərhədində işçi gö­rüşü ke­çirilib.

DSX-nin Mətbuat Mərkəzindən Axar.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

May 29-da Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gür­cüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış mən­təqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəq­liyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nə­zərdən keçirilib və razılaşdırılıb.

Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

Tarix
2019.05.27 / 16:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla