Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Avqust 2019


Piyadaları ölümə atan zəbt edilmiş səkilər: Səbəbkar kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır. Piyadalar üçün hərəkət qaydalarında göstərilir ki, piyada yolboyu yaşayış məntəqələrinin küçə və prospektlərində səki ilə, yaşayış məntəqələrindən kənar yollarda isə yol çiyni ilə, yəni avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan, adətən çınqılla örtülmüş yolla getməlidir. Ancaq bu gün səkilər qanunsuz olaraq mağazalar, kafe və restoranlar və yaxud da avtomobillər tərəfindən zəbt edildiyindən piyadalar yolun hərəkət hissəsi ilə getməli olur. Bu da real təhlükə yaradır və piyada ölümü ilə nəticələnir.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən hüquqşünas, nəqliyyat eksperi Ərşad Hüseynov bildirib ki, son illər piyada vurulma hallarının artmasına əsas səbəblərindən birincisi səkilərin olmaması üzündən piyadaların yolun hərəkət hissəsi ilə getməsidir.

Ə.Hüseynov deyib ki, piyada vurlması hallarının qarşısını almaq məqsədilə ilk növbədə piyada hərəkəti olan bütün küçə və yollar boyu rahat səkilər salınmalı, yararsız səkilər bərpa olunmalıdır:

“Bəzi yerlərdə piyadaların təhlükəsiz və rahat hərəkəti üçün səki yoxdur. Nəinki ucqar kəndlərin, hətta Bakıətrafı kənd və qəsəbələrin, rayon mərkəzlərinin də xeyli küçələrində səki sadəcə olaraq nəzərdə tutulmayıb. Paytaxtın bəzi küçələrində də səki ya yoxdur, ya da hərəkət üçün yararsızdır. Bəzi hallarda da qeyri-qanuni tikililərlə zəbt edilib. Belə olanda piyadalar yolun hərəkət hissəsi ilə getməyə məcbur olur. Bu isə azacıq mürəkkəb hərəkət şəraitində, diqqətsiz və naşı sürücünün məsuliyyətsiz piyada ilə rastlaşdığı hallarda qaçılmaz qəza deməkdir. Ona görə də piyada hərəkəti olan bütün küçə və yollar boyu rahat səkilər salınmalı, yararsız səkilər bərpa olunmalıdır”.

Səkilərin bərpası və təmiri işini həyata keçirən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, səkilərin zəbti və ya səki üzərində hər hansı tikinti işinini aparılmamasına nəzarət onların səlahiyyətində deyil:

“Rayon üzrə icra hakimiyyəti orqanları, bələdiyyələr buna məsuliyyət daşıyır. Bizim qurum ancaq yolun hərəkət hissəsinə, şəhərdə olan, küçə və prospektlərin təmirinə cavabdehdir. Hərəkət hissəsinin kənarı, yəni səkilər, yaşıllıq zolaqlar artıq bizim nəzarətimizdə, balansımızda deyil. Sadəcə olaraq küçə təmir olunarkən mövcud piyada səkiləri varsa, təmir edirik, yenisinin tikilməsi nəzərdə tutulubsa və bunun üçün infastruktur varsa, bunu həyata keçiririk”.

Piyadaları bir növ ölümə atan piyada keçidlərinin iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilmə halları Bakı Nəqliyyat Agentliyi tərəfindən araşdırılır.

Agetlikdən bildirilib ki, bu məsələ ilə bağlı mütəmadi işlər aparılır. Aparılan araşdıma zamanı BNA mütəxəssisləri müəyyən edib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. BNA-nın bu istiqamətdə apardığı işin əsas məqsədi səkilərin piyadalara qaytarılmasıdır. Agentlikdən bildirilib ki, BNA-nın apardığı təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilir.

Tarix
2019.05.27 / 16:50
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Abşeronda reyd: "Təmiz hava" aylığı - Foto

ETM-dən "Vördpress"lə bağlı - Xəbərdarlıq

İlham Əliyev İƏT-in baş katibi ilə görüşdü - Foto

Bakı polisindən xüsusi əməliyyat: Bibixanım tutuldu - Video

Gömrükçülər qanunsuz telefonlar aşkarladı

"Azərsu"nun su boruları oğurlandı

Xaçmazda 15 kənd qazsız qaldı - Səbəb

Bazar günü hava necə olacaq? - Proqnoz

Abel Məhərrəmovun kürəkəni vəfat etdi

BŞBPİ-nin şəxsi heyəti praktik atışlara cəlb olundu

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla