Yuxarı

Ermənilərdən Fətullayevə qarşı şok təxribat - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

17:14

Ermənilər növbəti dəfə Azərbaycan mediasını hədəfə alan təxribata əl atıb.

Axar.az xəbər verir ki, bu dəfə ermənilər “Haqqinaz.com” adlı (rus dilində) yeni sayt yaradaraq, Azərbaycanla bağlı təxribaçı materiallar dərc etməyə başlayıblar.

Saytın adının tanınmış jurnalist Eynulla Fətullayevə məxsus “Haqqin.az”dan götürüldüyü şübhə doğurmur. Saytın dizaynı da “Haqqin.az”a uyğunlaşdırılıb.

Saytın Ermənistan domenindən (“am”) istifadə etmədən fəaliyyəti, üstəlik “Haqqinaz” olaraq tanınmasına cəhd bu portalın Azərbaycana məxsus olması haqda yanlış rəyin yaradılmasına hesablanıb. Ermənilər guya Azərbaycan saytında belə materialların yayıldığını nümayiş etdirmək istəyirlər. Bu saytın yaydığı materialdan daha sonra erməni mediasının “Azərbaycan saytına istinad” kimi sui-istifadə etməsi də istisna deyil.

Saytın rekvizitində də ünvan göstərilməyib və müəllif hüquqlarının “Haqqinaz”a aid olduğu qeyd edilib.

***

Məsələ ilə bağlı "Haqqin.az" saytının təsisçisi və baş redaktoru Eynulla Fətullayev Axar.az-a açıqlamasında bildirib ki, bu, ilk təşəbbüs deyil. Bir neçə ildir Ermənistanda bu cür saytlar fəaliyyət göstərir.

Tarix
2019.05.27 / 17:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla