Yuxarı

“Azercell” növbəti dəfə karyera sərgisində - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəaliyyəti boyunca tələbələrin peşəkar və fərdi fəaliyyətinə dəstək olan “Azercell” növbəti dəfə karyera sərgisində iştirak edib.

Axar.az xəbər verir ki, may ayının 25-i Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təşkil edilmiş VI məzun-karyera sərgisində “Azercell” şirkətinin İnsan Qaynaqları departamentinin mütəxəssisləri tələbələrlə görüşüb,onların suallarını cavablayıb, şirkətdə mövcud olan vakansiyalar, xüsusi olaraq tələbələr üçün keçirilən təcrübə və təqaüd proqramları barədə geniş məlumat təqdim ediblər.

Qeyd edək ki, bu il “Azercell” şirkəti istedadlı gənclərin karyera qurmasına dəstək olmaq məqsədilə tələbələr üçün "Azercell-Lab" ödənişli təcrübə proqramını elan edib. Təcrübə proqramı çərçivəsində tələbələrə 2 fərqli istiqamətdə seçim etmək imkanı təklif edilib: "İT-lab" və "Biznes-Lab". Seçim mərhələlərini uğurla keçmiş tələbələr iyul ayının 1-dən başlayaraq "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində 6 aylıq ödənişli təcrübə keçmək fürsətini əldə edəcəklər. Əlavə olaraq, təcrübəçilər “Azercell” tərəfindən həyata keçirilən sosial layihələrdə, müxtəlif təlimlərdə və şirkətin korporativ tədbirlərində iştirak etmək imkanına da malik olacaqlar.

Azərbaycanda təhsilin inkişafına daim töhfə verən və ölkəmizin nüfuzlu universitetləri ilə əməkdaşlıq edən“Azercell” şirkəti bu istiqamətdə fəaliyyətini gələcəkdə də davam etdirəcək.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.05.27 / 18:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla