Yuxarı

“Həmsədrlərin Almaniya səfəri müəmmalı məsələdir”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Həmsədrlərin Almaniya səfəri müəmmalı məsələdir”

"ATƏT-in Minsk Qrupunun təmsilçiləri fəaliyyət göstərdikləri bu illər ərzində ilk dəfədir ki, mövcud olduğu formatdan kənara çıxır və danışıqlara yeni dövləti cəlb etməyə çalışır".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc ATƏT-in Minsk Qrupu həmsədrlərinin Almaniyaya gözlənilməz səfərini şərh edərkən deyib. Onun sözlərinə görə, Almaniyanın Cənubi Qafqazdakı maraqları Fransadan daha böyükdür:

"Bununla belə, məsələyə sırf Avropa Birliyinin mənafeləri baxımından yanaşdıqda, burada heç bir dövlətə əlahiddə üstünlük verməyə dəyməz. Çünki ABŞ-ın Qarabağ siyasətini bölüşməyən dövlətin Qərbin adından çıxış edərək Minsk Qrupuna qoşulması qeyri-mümkündür. Ukrayna ətrafındakı hadisələr göstərdi ki, Almaniya postsovet məkanında baş verən münaqişələrin həllində effektli rol oynaya bilər. Lakin onların təkbaşına hərəkət etmək səlahiyyəti olmadığından, üstəlik də bu ölkə bütün resurslarını tənzimləməyə cəlb etmədiyindən, hər hansı uğurlu təcrübədən danışmaq mümkün deyil. Ona görə Qarabağ danışıqlarına təsir göstərən amillərdən biri kimi Rusiya-Ukrayna konfliktinin hansı formada nəticələnməsi bizim üçün çox əhəmiyyətlidir".

Millət vəkili bütün hallarda, həmsədrlərin Berlinə getməsinin məqsədinin müəmmalı olduğunu bildirdi:

"Yaxın günlərdə Xarici İşlər Nazirliyinin məsələyə dilomatik konfidensiallığı gözləmək şərtilə müəyyən açıqlama verəcəyinə inanıram. Təəssüf ki, hazırda ticari embarqoların tüğyan elədiyi beynəlxalq şəraitdə Qarabağa görə Türkiyədən başqa heç bir dövlət Ermənistana sanksiyalar tətbiq etmək niyyətində deyil. Ona görə Berlin danışıqlarına fövqəladə önəm verməyə heç bir ehtiyac yoxdur".

Tarix
2014.12.16 / 10:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

Kiyevə hücum: azərbaycanlının restoranı dağıldı - Foto

Putin məktub yazdı, Köçəryan üsyana çağırdı

İlham Əliyevlə Paşinyan görüşdü - Video

Prezidentə təqdim olunan oyuncaqlar nədir? - Foto

Ermənistan heç özü Qarabağı müdafiə etmədi - Cabarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla