Yuxarı

Mikayıl Cabbarov əmr imzaladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mikayıl Cabbarov əmr imzaladı

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov "Məktəblilərin fənn olimpiadalarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq olunması barədə əmr imzalayıb.

Bu barədə Report.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmr istedadlı şagirdlərin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayan fənn olimpiadalarının təşkili və keçirilməsi ilə bağlı işləri obyektiv və şəffaf qaydada həyata keçirmək məqsədilə imzalanıb. Əmrə əsasən, təhsilin inkişafı proqramları şöbəsi 10 gün ərzində Respublika təşkilat komitəsinin tərkibinə dair təklifləri təqdim etməli, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, Təhsil Nazirliyinə tabe olan ümumi təhsil müəssisələrinin direktorları bu "Qaydalar"dan irəli gələn zəruri tədbirləri həyata keçirməli, İqtisadiyyat şöbəsi (R.Orucov) fənn olimpiadaların təşkili, keçirilməsi, qaliblərin təltif olunması, münsiflər heyəti üzvlərinin, müəllimlərin mükafatlandırılması ilə əlaqədar xərclərin smetasını hazırlayıb təsdiq üçün Nazirliyin rəhbərliyinə təqdim etməlidir.

Əmrdə həmçinin qeyd olunur ki, İnformasiya şöbəsi bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc edilməsini, aidiyyəti struktur qurum və bölmələrə çatdırılmasını və Nazirliyin internet saytında yerləşdirilməsini təmin etməlidir.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə edilib.

Tarix
2014.12.16 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla