Yuxarı

Babəkdə dəhşətli yol terroru: bir ailə məhv oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Babəkdə dəhşətli yol terroru: bir ailə məhv oldu

Bakıda gənc ailəni məhv edən "07" sürücü hadisə yerindən qaçsa da, indi məhkəmə qarşısındadadır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törədən Elmir Mehdəliyevin cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəməyə baxış yanvarın 9-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqustun 24-də baş verib. Paytaxtın Babək prospektində yüksək sürətlə hərəkətdə olan "VAZ 2107" markalı avtomobil ər və arvadın üstündən keçib. Onların hər ikisi yerindəcə keçinib. İki nəfərin ölümünə səbəb olan şəxs aradan çıxıb. Hadisə yerinə gələn polis burada ağlayan 4 yaşlı uşaq aşkarlayıb. Məlum olub ki, uşaq ölən şəxslərin övladıdır və o, qaranlıq küçədə bir müddət tək qalıb. Ölənlərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar Qazax rayonunun Astanbəyli kəndindən Bakıya bir müddət əvvəl tikintidə işləməyə gələn 1987-ci il təvəllüdlü Mustafayev Vüqar Vaqif oğlu və onun həyat yoldaşı 1989-cu il təvəllüdlü Mustafayeva Tünzalə Arif qızıdır.

Nizami rayon polisi dərhal hadisə yerindən qaçan şəxsin axtarışına başlayıb və o, öz evində tutulub. Onun avtomobili cərimə meydançasına aparılıb. Gənc ailənin faciəsinə səbəb olan şəxs Xətai rayon sakini, Kaçalov küçəsi ev 16, mənzil 9-da yaşayan 1991-ci il təvəllüdlü Mehrəliyev Elmir Arif oğludur. O, həmin gün toydan çıxdığını, içkili olduğunu deyib. Piyada keçidinin yaxınlığında maşınla nəyəsə toxunduğunu, amma bunun adam olduğunu anlamadığıı iddia edib. Elmir əgər adam vurduğunu bilsəydi heç vaxt qaçmayacağını bildirib.

Sonda o, törətdiyi əməldən peşmançılıq çəkdiyini və bunu heç vaxt özünə bağışlamayacağını etiraf edib. Hadisəni törətdikdən sonra Elmir avtomobilin işıqlarını söndürərək təhlükəsizlik kameralarına düşməmək üçün qaranlıq yollarla aradan çıxıb. Hadisə nəticəsində dünyasını dəyişən Mustafayev Vüqar Vaqif oğlunun dayısı oğlu Rauf polisə qohumunun ölən həyat yoldaşının 7 aylıq hamilə olduğunu deyib.

Tarix
2014.12.16 / 19:27
Müəllif
Axar.az
Digər xəbərlər

Bakının işğaldan azad edilməsi: XİN paylaşım etdi

Mask dəstəklədi, amma bunu yavaşlatmaq mümkün deyil!

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla