Yuxarı

Deputatdan nazirliyin şok layihəsinə - Reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputatdan nazirliyin şok layihəsinə - Reaksiya

Bu açıqlamanı dilə gətirən şəxsin zəkasına şübhə edirəm. Bunu deyən şəxs böyük yanlışlığa yol verib. Farscanı yetəri qədər bilməklə insanın qabiliyyəti arasında heç bir əlaqə yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Təbrizin İran parlamentindəki millət vəkili Məhəmməd İsmail Səidi İran Təhsil Nazirliyinin irqçi “farsca yetərlilik testi” planına münasibət bildirərkən deyib.

“İranda fərqli qövmlər və dillər var. Azərbaycanda elə istedadlı şəxslər var ki, onların bəziləri fars dilini yaxşı bilmir. Məsələn, bir azərbaycanlı həyatı boyu valideyni ilə türk dilində danışır. Belə bir mühitdə fars dilini yetəri qədər bilmək planından danışmaq mənasızdır. Belə açıqlamaların türk dili kimi zəngin ədəbiyyata zərbə vurmasına imkan vermək olmaz. Hiss olunur ki, bəzilər qövmlərin hissiyyatından sui-istifadə etmək istəyir” - M.İ.Səidi bildirib.

Qeyd edək ki, İran təhsil nazirinin ibtidai təhsil üzrə müavini Rizvan Həkimzadə mayın 29-da “farsca yetərlilik testi”ni məktəbə daxil olmaq istəyən uşaqların sağlamlığının testi layihəsinə əlavə edilə biləcəyi barədə açıqlama verib.

Məşhəd Universitetinin müəllimi Seyid Məhəmmədbaqir Təbatəbayi isə bildirmişdi ki, İranda valideynlər uşaqlarına məktəbdən əvvəl fars dilini öyrətmirsə, deməli, onların uşaq tərbiyə etmək qabiliyyətləri yoxdur və bu uşaqları valideynlərindən almaq lazımdır.

Tarix
2019.06.04 / 17:59
Müəllif
Aytac Araz
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla