Yuxarı

Bakının mərkəzində Media və Atlet kəndi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxt nəqliyyatının yükünü çəkən ən ağır yollardan biri - Dərnəgül yolunda həyat öz axarına düşüb.

Axar.az-ın məlumatına görə, 4 ildən çoxdur tikintisi davam edən Z.Bünyadov prospektində, nəhayət, nəqliyyatın normal hərəkəti var.

Şəhərin tıxac probleminin həllində böyük rolu olan Dərnəgül yolu artıq sürücülərin ixtiyarındadır və təmir-tikinti işləri yekunlaşıb. Əməkdaşımız bildirir ki, prospektdə görüləcək xırda işlər qalıb və ümumilikdə Dərnəgül yolu istismardadır.

Prospektdə ən maraqlı yenilik küçə və ünvanları göstərən işarələrdə Media və Atletlər kəndlərinin adlarının göstərilməsidir.

Əməkdaşımız qeyd edir ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında KİV nümayəndələri üçün Media kəndi açılacaq. Media kəndində 4 binada 1400 mətbuat və televiziya şirkəti nümayəndələri yerləşdiriləcək.

Oyunlar ərzində mərkəzi nəqliyyat sistemi də burada olacaq. Atletlər kəndi isə metronun "Koroğlu" stansiyası ilə üzbəüz tikilən binalardır. Bu binalarda yarışmada iştirak edəcək idmançılar qalacaq.

Tarix
2014.12.18 / 18:20
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla