Yuxarı

Dilqəm Əsgərovun nəvəsi oldu: Adını Dilqəm qoydular - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilqəm Əsgərovun nəvəsi oldu: Adını Dilqəm qoydular - Foto

5 ildir erməni girovluğunda saxlanan Kəlbəcər sakini Dilqəm Əgərov baba olub.

Bu barədə Modern.az-a girovun oğlu Kürdoğlu Əsgərov məlumat verib. K.Əsgərov qismən də olsa, anasına verdiyi sözünü reallaşdırdığını bildirib:

"Anam atamın həsrətini çox çəkirdi. Anama söz vermişəm ki, atam azad olunub gələnə kimi onun azadlığı uğrunda mübarizə aparacam. Anamın az da olsa Dilqəm həsrətini yumşaltmaq üçün qərar verdim ki, atamsız evlənim və elə də oldu. Evləndim və bu gün bir oğlum dünyaya gəldi. Körpə Şəmkirdə doğuldu. Adını Dilqəm qoyduq".

Kürdoğlu Əsgərov öz oğlunu anasına hədiyyə etdiyini vurğulayıb:

"İstəyirəm anam az da olsa balaca Dilqəmlə baba Dilqəm azad olub gələnə kimi təsəlli tapsın".

Qeyd edək ki, 2014-cü ilin iyul ayında Dilqəm Əsgərov və Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlarla birlikdə olan digər soydaşımız Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib.

Separatçı Dağlıq Qarabağ rejiminin qondarma “məhkəməsi” D. Əsgərovun ömürlük, Ş. Quliyevin isə 22 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb.

Tarix
2019.06.08 / 10:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna da Azərbaycanı təbrik etdi

Azərbaycan Pakistana başsağlığı verdi

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla