Yuxarı

Bakıda xarici vətəndaş əməliyyat zamanı ölüb? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda xarici vətəndaş əməliyyat zamanı ölüb? - Açıqlama

10:37

“Ege Hospital” bu klinikada baş vermiş ölüm hadisəsi ilə bağlı açıqlama yayıb.

Hospitaldan Axar.az-a verilən məlumata görə, Rusiya Respublikasının vətəndaşı 1958-ci il təvəllüdlü Yadrişnikova Lyudmila Timofeyevna 07.06.2019-cu il tarixində “Ege Hospital”ın təcili yardımına ürək dayanması diaqnozu ilə çox ağır vəziyyətdə çatdırılıb:

“Peşəkar həkimlərin tibbi müdaxiləsi nəticəsində xəstənin ürək fəaliyyəti bərpa olunub. Lakin xəstənin ümumi vəziyyətinin çox ağır olması səbəbindən bir neçə saat sonra dünyasını dəyişib. Qeyd etmək istəyirik ki, müvafiq şəxsə “Ege Hospital”da heç bir əməliyyat icra olunmayıb.

Yadrişnikova Lyudmila Rusiya Respublikasında onkoloji müalicə alıb, lakin müalicənin heç bir faydası olmadığından həmin şəxsə Rusiya Respublikasında edilən tibbi müdaxilələr dayandırılıb”.

Ölüm faktı ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Report Yadrişnikova Lyudmila Timofeyevnanın “Ege Hospital”da cərrahiyyə əməliyyatı zamanı öldüyü barədə məlumat yaymışdı.

Tarix
2019.06.10 / 15:13
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev Mixail Kavelaşviliyə başsağlığı verdi

İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul etdilər

İlham Əliyevin To Lam ilə geniş tərkibdə görüşü oldu

Prezidentin Hanoyda rəsmi qarşılanma mərasimi oldu

Abbaszadənin gedişi DİM-də nələri dəyişəcək?

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla