Yuxarı

Oteldə müştəriyə yataq əvəzinə bunu verdilər - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada yerləşən “Retro” oteldə dincəlməyə gələn turist ona verilən otağı gördükdən sonra şoka düşüb.

Axar.az xəbər verir ki, ailəsi ilə sözügedən otelə dincəlməyə gedən müştəri bron etdiyi otağın real vəziyyətini otağa girdikdən sonra görüb. Aldadıldığını bildirən müştəri bununla bağlı “Müştəriyəm, şikayətim var” səhifəsində məlumat paylaşıb.

İddiaya görə, müştəriyə təklif edilən otaqda taxt əvəzinə üst-üstə qoyulmuş matras-yataq olub. Oteldə iki yanaşı qoyulmuş ayrı-ayrı matrasın üzərində böyük matras qoymaqla taxt hazırlanıb. Vəziyyətdən narazı olan müştəri bunu otel rəhbərliyinə də bildirib. Müştəri ya pulun geri qaytarılmasını, ya da onları başqa otağa yerləşdirməyi təklif edib. Otel rəhbərliyi isə bildirib ki, pul artıq sistemə vurulduğu üçün geri qaytarılması mümkün deyil.

Otelin digər otaqları da dolu olduğuna görə müştəriyə başqa otaq verilməyib.

Şikayətçi əlavə edib ki, oteldəki problemlər bununla yekunlaşmayıb. Ailə uşaqları üçün axşam saat 11-də şorba sifariş verib, lakin şorba otağa 2 saat sonra, gecə saat 01 radələrində gətirilib.

Mövzu ilə bağlı “Retro” otelin müştəri xidmətlərindən Axar.az-a bildirildi ki, onlarda belə otaq yoxdur:

“Sosial şəbəkələrdə yayılan fotolarla biz də tanışıq. Ancaq bizdə elə bir otaq yoxdur. Müştərinin şikayəti əsassızdır. Otelimizin adını bu cür nöqsanlarla hallandırdığı üçün sözügedən müştəri ilə bağlı müvafiq addım atacağıq”.

Tarix
2019.06.11 / 13:04
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla