Yuxarı

Abidəmizi ermənilər gürcülərdən savaşla alıb... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün əvvəl yanan Axpat monastır kompleksi ölkə mətbuatında erməni abidəsi kimi qələmə verilir.

Bu sözləri Kult.az-a açıqlamasında ermənişünas İsmayıl Tanrıverdi deyib. O bildirib ki, ermənilər bu binanın kənd məktəbi kimi fəaliyyət göstərdiyini iddia edirlər, lakin bu belə deyil:

“Həmin kompleks haqqında bir çox əfsanə dolaşır. Hətta bu abidəni ermənilərin Aşot adlı padşahının (çar kimi də qeyd edirlər) adıyla bağlayırlar və bir müddət Sayad Babanın da orada yaşadığını bildirirlər. Həmin monastır Lori vilayətində yerləşir. Bu vilayət isə 1918-ci ilə qədər Gürcüstan ərazisi olub. Lakin Ermənistanla Gürcüstan arasında həmin il başlayan 10 günlük müharibə zamanı Ermənistan bu ərazini ələ keçirib. Bu monastıra gah “Axpat”, gah da “Ağpat” deyirlər. Erməni dilində isə “pat” divar deməkdir. “Ağdivar” artıq bu monastırın türk mənşəlli olduğunu sübut edir. Monastırın tikintisindən aydın olur ki, bu, alban abidəsidir. Ermənilər bu abidəni saxta yollarla öz abidələri kimi qələmə verir, hətta UNESKO-ya daxil ediblər. 1936-cı ildə isə həmin monastırı məktəb ediblər. Erməni mətbuatında çıxış edən sakinlər də iddia edirlər ki, bu bina son vaxtlar monastır olub. Hətta videoda çıxış edənlərin bəziləri də bu məktəbdə oxuduqlarını təsdiqləyirlər”.

Məsələ ilə bağlı danışan AMEA-nın Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri Qasım Hacıyev isə bildirir ki, sözügedən monastır alban abidəsidir və ermənilərə heç bir aidiyyəti yoxdur:

“Ermənistanda Axpat monastır kompleksinin yanması və kompleks haqqında deyilənlər ermənilərin şousudur. Onlar 19-cu əsrin əvvəllərindən həmin ərazilərə gəlib. Ona görə də o dövrə qədər olan abidələrin əksəriyyəti xaç işarələrinə, tarixinə və digər xüsusiyyətlərinə görə erməni abidələrindən fərqlənir. Ermənilərin kilsəni özünküləşdirmək məqsədiylə dediklərinin əksəriyyəti saxta və cəfəngiyyatdır. Həmin monastır alban abidələri sırasındadır”.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Arif Məmmədov isə bildirir ki, Axpat monastır kompleksi ilk orta əsrlər dövrünə aiddir və həmin dövrdə bu ərazilər Qafqaz Albaniyasının tərkibində olub:

“Qərbi Azərbaycanda bir dənə də olsun qədim erməni abidəsi, monastırı yoxdur. Erməni monastırlarının hamısı son dövrlərdə, yəni 19-cu əsrin ortalarından 20-ci əsrə qədər tikilmiş abidələrdir. Axpat monastır kompleksi isə ilk orta əsrlər dövrünə aiddir və ermənilərə heç bir aidiyyəti yoxdur. 1836-cı ildə Alban Katolikosluğu ləğv olunur. 1820-ci ildən sonra ermənilər köçürüldükləri ərazilərdə yerləşən alban abidələrinə erməni elementləri, gürcülər isə gürcü elementləri əlavə etdi. İndiki Ermənistanda, yəni vaxtilə Azərbaycanın qərb ərazilərini əhatə edən bölgələrdə də erməni elementləri bu cür yaranıb”.

Qeyd edək ki, iyunun 8-də Ermənistanın Lori vilayətində yerləşən Axpat monastır kompleksi yanıb. Erməni mətbuatı bu monastırın Ermənistanın tarixi abidəsi olduğunu iddia edib.

Tarix
2019.06.11 / 13:37
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla