Yuxarı

250 idmançı arasında qızğın mübarizə - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
250 idmançı arasında qızğın mübarizə - Foto

Bərdə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə idman ustası, Qarabağ müharibəsinin iştirakçısı, polkovnik-leytenant Elçin Əliyevin xatirəsinə həsr edilmiş yeniyetmələr və kiçik yeniyetmələr arasında turnir keçirilib.

Azərtac xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsi ilə birgə təşkil etdiyi yarışda 12 şəhər və rayondan olan 23 komandanın tərkibində 250 idmançı müxtəlif çəki dərəcələrində mübarizə aparıb.

Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli, mərhum Elçin Əliyevin döyüş yoldaşları və ailə üzvləri çıxış edərək, qəhrəman Vətən övladlarının Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb, turnirin keçirilməsini gənclər arasında vətənpərvərlik hissinin yüksəldilməsinə xidmət etdiyini bildiriblər.

Azərbaycan Güləş Federasıyasının beynəlxalq və respublika dərəcəli hakimlər heyəti tərəfindən idarə olunan yarışın qalibləri müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

Tarix
2019.06.11 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla