Yuxarı

Yol polisi şagirdləri mükafatlandırdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən bu ilin aprel ayında start verilmiş “Yol hərəkəti qaydaları uşaqların gözü ilə” adlı rəsm müsabiqəsinə yekun vurulub və qaliblər müəyyən edərək mükafatlandırılıb.

Dövlət Yol Polisindən Axar.az-a verilən məlumata görə, müsabiqə “Azərbaycan Respublikasında yol hərəkəti təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın məqsədlərinə uyğun olaraq Baş DYP İdarəsinin təbliğatla bağlı müvafiq Tədbirlər Planı çərçivəsində həyata keçirilib.

Uşaq və yeniyetmələr arasında yol hərəkəti təhlükəsizliyinə dair bilik və vərdişlərin inkişaf etdirilməsi, onların yol hərəkəti qaydaları haqqında biliklərinin artırılması, eləcə də uşaq travmatizminin qarşısının alınmasında ictimai həmrəyliyə nail olmaq məqsədi ilə keçirilmiş müsabiqəyə ümumilikdə 33 şəhər və rayondan 287 ədəd rəsm əsəri təqdim olunub.

Daxili İşlər və Təhsil nazirliklərinin birgə əməkdaşlığının daha bir bariz göstəricisi olan sözügedən müsabiqədə tam orta məktəblərlə yanaşı, lisey və Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin təmsilçiləri də yaxından iştirak ediblər.

Müsabiqəyə təqdim olunmuş əsərlərin qiymətləndirilməsində obyektivliyin təmin etmək məqsədilə mütəxəssis və KİV təmsilçisi dəvət edilib və qaliblər onların rəyi nəzərə alınmaqla kollegial qaydada müəyyən olunub.

Bərdə rayon məktəblisi Nəsibli Xumar Samir qızı I, Siyəzən rayon məktəblisi Məlikov Murad Babək oğlu II və Şuşa rayon məktəblisi Şirinova Rəna Amil qızı III yerin qalibi olaraq seçiliblər.

Qaliblər iyunun 8-də Baş DYP İdarəsində rəhbərlik tərəfindən qəbul edilib və mükafatlandırılıblar.

Tarix
2019.06.11 / 14:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla