Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Sentyabr 2019


İlham Məmmədzadə “Veysəloğlu”dan getdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə vəzifəsindən istefa verib.

Axar.az xəbər verir ki, bu haqda İ.Məmmədzadə şəxsi Feysbuk hesabında məlumat paylaşıb.

O bildirib ki, bu gündən etibarən hər zaman sevərək və məsuliyyətlə adını daşıdığı “Veysəloğlu” Şirkətlər Qrupundan ayrılıb.

“Çox şadam ki, ölkəmizdə minlərlə insanın çalışdığı və ailəsini dolandırdığı, özünün korporativ dəyərləri olan belə bir şirkət var. Qida sektorunda, əsasən də idxal və dağıtım, istehsal və pərakəndə sahədə daim inkişaf edərək ölkə iqtisadiyyatına töhfəsini verən, cəmiyyətin bütün sahələrində daim insanların yanında olmağa çalışan bir komandaya malik “Veysəloğlu” şirkətində çalışmaqdan məmnun oldum.

Fəaliyyət dönəmində əsas məqsədim “Veysəloğlu”nun ictimaiyyətdə müsbət imicinin yaradılması, işgüzar nüfuzunun qorunması və daim cəmiyyətin bütün sahələrində şirkətin tanınması və sevilməsi olub”, - İ.Məmmədzadə qeyd edib.

İ.Məmmədzadə fəaliyyəti müddətində ona bu işdə dəstək olan media nümayəndələrinə də təəşəkkürünü bildirib:

“Şirkətdə fəaliyyətim dönəmində mənə dəstək olan, hər zaman köməklik göstərən media nümayəndələrinə, jurnalist dostlarıma, PR həmkarlarıma və sizlərə dərin təşəkkürümü bildirirəm. Sizinlə birlikdə bu yolu keçdik və uğurlara imza atdıq.

Qeyd edim ki, “Veysəloğlu” Qrupun peşəkar PR komandası var və bu komandaya gələcək fəaliyyətində uğurlar arzu edirəm”.

İ.Məmmədzadə işdən ayrılma səbəbini açıqlamayıb.

Tarix
2019.06.11 / 16:52
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan təhsilin inkişafına böyük önəm verir - Gürcü nazir

Təkrar mənzil bazarı: Yasamal rayonunda daha çoxdur

Azərbaycanlılar Türkiyədən deportasiya edilir? - Səfir

Putin azərbaycanlı rektoru təltif etdi

KİVDF yaradıldı - Fərman

Prospektləri birləşdirən küçələr yenidən qurulur - Foto

İlham Əliyev 3 sərəncam imzaladı

Kamil Musəvi əməliyyat olundu - Foto

Vilayət Eyvazov gənc zabitlərlə görüşdü - Foto

Zakir Qaralov fəxri mükafatla təltif olundu

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla