Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
20 Sentyabr 2019


Millət vəkilindən çağırış: İstedadlı uşaqların axtarılması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz şəhər mərkəzi stadionunda AFFA-nın və Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və millət vəkili Qənirə Paşayevanın təşəbbüsü ilə “Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə rayonun 15 məktəbindən 150 şagird iştirak edib. İştirakçılara 60 ədəd top və 150 ədəd futbol forması təqdim olunub.

Tədbirin açılışında millət vəkili, AFFA-nın birinci vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti Rauf Əliyev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, millət vəkilləri Qənirə Paşayeva, Sabir Hacıyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahib Ələsgərov iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Sahib Ələsgərov bu layihənin keçirilməsində əsas məqsədin uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola və digər idman növlərinə maraq yaratmaq, sağlam həyat tərzini təbliğ etmək olduğunu deyib.

Tədbirdə çıxış edən R.Əliyev, M. Məmmədov və S.Hacıyev bu kimi layihələrin keçirilməsinin əhəmiyyətini vurğulayıb və müstəqillik illərində Azərbaycanın idman sahəsində yüksək inkişaf yolu keçdiyini söyləyiblər.

Tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva bu cür layihələrin, tədbirlərin bölgələrimizdə keçirilməsinin vacibliyini qeyd edib:

“Zəngin ən­ənələri olan Tovuz futbol məktəbi özünün yetirmələri, sadiq azarkeşləri və digər mə­ziyyətləri ilə həmişə seçilib. Sevinc hissi ilə demək istərdim ki, ölkəmizdə Futbol Akademiyası yaxın günlərdə məhz Tovuzda açılacaq. Bu, həm rayon və bölgə üçün, həm də, ümumən respublikamız üçün əlamətdar hadisədir. Bunun üçün cənab prezidentə və AFFA-ya bütün tovuzlular adından dərin təşəkkürümü bildirirəm”.

Q.Paşayeva bu cür layihələrin bölgələrdə istedadlı uşaqların aşkar edilərək yetişdirilməsinə kömək edəcəyinə inandığını deyib. Millət vəkili mütəxəssisləri, məşqçiləri və müəllimləri kəndlərdə futbol üzrə istedadlı uşaqların axtarılması, onların yaxşı oyunçu kimi yetişdirilməsi istiqamətində daha çox çalışmağa çağırıb.

Tədbirin sonunda müxtəlif kəndlərdən gəlmiş uşaqlar, gənclər və onların idman müəllimləri və məşqçiləri ilə söhbət və fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Tarix
2019.06.11 / 17:33
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

"Sosial şəbəkələrdə söyüş, təhqir və böhtan..." - Canlı

Sabah bu ərazilərə qar yağacaq

Rusiya XİN Xələf Xələfovu mükafatlandırdı - Foto

Deputat borca görə deputat vəsiqəsini girov qoydu

Masallıda qoyun oğurlayan kişi və qadın tutuldu

Ordumuzun təlimləri: Döyüş atışlı mərhələ icra olundu

General 5 nəfərə vəzifə verdi

Generallar Etimad İsmayılovun yas mərasimində

Bu rayonların qazı kəsildi

Polkovnikin ailəsindən Prezidentə: Qanını yerdə qoymayın!

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla