Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
19 Sentyabr 2019


Təhsil naziri Giannini ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Paris şəhərində səfərdədir.

Axar.az xəbər verir ki, UNESCO-nun 2019-cu il “Yubileylər” proqramına daxil edilən Bakı Dövlət Universitetinin 100 illik yubileyi iyunun 12-də qurumun baş qərargahında beynəlxalq səviyyədə qeyd olunacaq. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti də həmin tədbirə qatılacaq.

Parisə səfəri çərçivəsində Ceyhun Bayramov UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini ilə görüşüb. Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev də iştirak edib.

Nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən söz açaraq, həmin hökumətin birinci qərarının Azərbaycanda ilk universiteti təsis etmək olduğunu vurğulayıb. O, BDU-nun Azərbaycanın təhsil sistemindəki mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyev tərəfindən “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci ildə imzalanmış Sərəncamı xatırladaraq, bu istiqamətdə görülmüş işlərdən danışıb.

C.Bayramov habelə Təhsil Nazirliyinin Dayanıqlı İnkişaf Məqsədi 4 – təhsil üzrə əsas qurum olduğunu vurğulayaq, ümumilikdə 2030-cu ilədək Gündəliyin reallaşdırılması üzrə Azərbaycan Respublikasının Baş nazirinin müavinin sədrliyi ilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradıldığını qeyd edib. Peşə təhsili və təlim sisteminin səmərəliliyini artırmaq və əmək bazarında ixtisaslı işçi qüvvəsi yaratmaq məqsədilə 2016-cı ildə Təhsil Nazirliyinin nəzdində təsis edilmiş Peşə Təhsili üzrə Dövlət Agentliyinin 2020-ci ildə 1000 tələbəni qəbul edəcəyini diqqətə çatdırıb.

Görüşdə son dövrün ən aktual mövzularından olan süni intellekt və bu sahədə təhsilin rolu ətrafında fikir mübadiləsi aparılıb.

BDU-nun rektoru Elçin Babayev 23 min tələbəsi olan universitetdə fəaliyyət göstərən UNESCO kafedraları məsələsinə toxunaraq, “İnsan hüquqları və informasiya hüququ” üzrə UNESCO kafedrasının fəaliyyət müddətinin 2023-cü ilədək uzadılmasına görə S.Gianniniyə minnətdarlığını bildirib.

Görüşün sonunda S.Giannini təhsil nazirini və BDU-nun rektorunu UNESCO Baş Konfransı çərçivəsində cari ilin noyabr ayında keçiriləcək Nazirlər görüşünə dəvət edib. C.Bayramov UNESCO-nun Baş direktorunun müavinini təyin olunduğu yeni vəzifə çərçivəsində Azərbaycana səfərə dəvət edib.

Tarix
2019.06.11 / 22:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan təhsilin inkişafına böyük önəm verir - Gürcü nazir

Təkrar mənzil bazarı: Yasamal rayonunda daha çoxdur

Azərbaycanlılar Türkiyədən deportasiya edilir? - Səfir

Putin azərbaycanlı rektoru təltif etdi

KİVDF yaradıldı - Fərman

Prospektləri birləşdirən küçələr yenidən qurulur - Foto

İlham Əliyev 3 sərəncam imzaladı

Kamil Musəvi əməliyyat olundu - Foto

Vilayət Eyvazov gənc zabitlərlə görüşdü - Foto

Zakir Qaralov fəxri mükafatla təltif olundu

KULT
<>
Xəbər xətti
 
e-vetendash
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla