Yuxarı

“Bakcell” uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakcell” uşaqlara İnternetdən təhlükəsiz istifadəni öyrədir

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycanın ilk FTTH provayderi olan ENGİNET şirkəti ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı şəhərinin müxtəlif parklarında uşaqlar üçün təhlükəsiz internetdən istifadəyə həsr olunmuş aksiya təşkil edib.

Axar.az xəbər verir ki, tədbirlər “Təhlükəsiz İnternet” layihəsi çərçivəsində həyata keçirilib. Valideynlərə və uşaqlara internet mühitindəki zərərli məzmun, internetdən təhlükəsiz istifadə qaydaları və “Bakcell” və ENGİNET şirkətlərinin birgə hazırladıqları “Təhlükəsiz İnternet Paketi” barədə geniş məlumat verilib.

Qeyd edək ki, “Bakcell” tərəfindən bir neçə il bundan əvvəl istifadəyə verilmiş və artıq 4G şəbəkəsində də fəaliyyət göstərən “Təhlükəsiz İnternet Paketi” uşaqlar üçün internetdən təhlükəsiz istifadəni təmin edir. Bu internet paketləri və ENGİNET şirkətinin “İnternet Filtrasiya Xidməti” sayəsində Bakcell abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadəsini təmin edə və onları zərərli və arzuolunmaz məzmundan qoruya bilərlər.

“Təhlükəsiz İnternet” paketi haqqında daha ətraflı məlumat https://www.bakcell.com/az/internet-safe-internet səhifəsinə əks olunur.

Tarix
2019.06.12 / 16:44
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

İlham Əliyev: Sülh hələ də kövrəkdir - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla