Yuxarı

Həm ziyalı, həm də millət vəkili kimi... - Paşayeva

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA Radiasiya Problemləri İnstitutunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru professor Oqtay Səmədov, AMEA Qadınlar Şurasının sədri professor Rəna Mirzəzadə, AMEA Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini Rəvan Mehdiyeva 15 iyunun xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını söyləyiblər.

Tədbirdə çıxış edən AMEA Qadınlar Şurası İdarə Heyətinin üzvü, siyasi elmlər doktoru millət vəkili Qənirə Paşayeva 15 İyun - Milli Qurtuluş Gününün xalqımız və dövlətimiz üçün əhəmiyyəti ilə bağlı geniş məruzə ilə çıxış edib. Millət vəkili Milli Qurtuluş Gününün tariximizdəki yeri, ümummilli lider Heydər Əliyevin Azərbaycan üçün böyük xidmətlərindən danışaraq gəncləri ondan örnək almağa, yaxşı oxumağa, öz işlərində peşəkar olmağa, vətənin, millətin maraqlarını öz şəxsi maraqlarından üstün tutmağa, tarix və mədəniyyətimizi dərindən öyrənməyə çağırıb.

Q.Paşayeva həm millət vəkili, həm də ziyalı olaraq hər zaman alimlərimizin yanında olduğunu və onların uğur fəaliyyətlərinin KİV-də geniş şəkildə təbliğ olunmasının vacibliyini vurğulayıb:

“Kişi və qadın alimlərimizlə birlikdə ziyalı olaraq böyüyən gənclərimizin elmə, biliyə daha çox meylli olması istiqamətində çalışmaları daha da artırmalıyıq. Elm sahəsindəki uğurlarımızın artmasına böyük ehtiyac var. İnanırıq ki, birlikdə gənc alimlərimiz dövlətimizin elmə artan diqqəti və dəstəyindən yararlanaraq böyük uğurlara imza ata biləcəklər”.

Tarix
2019.06.12 / 16:58
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla