Yuxarı

Şad xəbər: Baş plan təsdiqləndi, stadion tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubanın təsdiq olunmuş yeni baş planına əsasən, rayonda futbol meydançasının tikilməsi planlaşdırılır. Həmçinin 72 hektar təsərrüfat sahəsinin təyinatı dəyişdirilərək həyətyanı torpaq üçün nəzərdə tutulub.

Bu fikirləri Report-a Quba Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Murad Xeyrullayev deyib.

"Qudyal çayı sahilində 41 hektar ərazidə istirahət parkının salınması nəzərdə tutulub. Şəhərin Heydər Əliyev prospektində və Qudyal çayının sahilində istismar müddətini başa vurmuş həyətyanı evlərin sökülərək yerində yeni yaşayış evlərinin tikintisi nəzərdə tutulub. Quba şəhərində 2 yaşayış massivi var: "Dəvədabanı" və "Qəçrəş yolu". Buradakı küçələr genişləndirilir və abadlaşdırılır. Ümumilikdə, şəhər və ətrafında abadlaşdırma və yaşıllaşdırma işləri nəzərdə tutulub," - M.Xeyrullayev əlavə edib.

Qeyd edək ki, Nazirlər Kabineti Quba şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair “Quba şəhərinin Baş planı”nı təsdiq edib. Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb.

Tarix
2019.06.12 / 19:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla