Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
26 İyun 2019


Rusiya ilə sərhəddə əməliyyat: 79 nəfər tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, iyunun 3-dən 10-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin ifşa edilərək zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində birgə kompleks təşkilati-praktiki tədbirlərin, həmçinin sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icrasının yerinə yetirilməsi olub.

Rusiya Federasiyası Dağıstan Respublikasının sərhədyanı bölgələrini və ölkəmizin Qusar, Quba, Xaçmaz, Zaqatala, Şəki, Balakən, Qəbələ, Qax və Oğuz rayonlarını əhatə edən tədbirlər nəticəsində müxtəlif cinayətlər törətdiklərinə görə axtarışda olan 31 şəxs, o cümlədən Rusiya Federasiyası tərəfindən axtarılan 16 nəfər tutulub, itkin düşmüş hesab olunan 6 nəfər tapılıb, dövlətə borclu qismində axtarılan 63 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 8 avtomat silahı, 2 qumbaraatan, 1 pulemyot, 6 tapança, 100 tüfəng, 37 qumbara, 36 ədəd silah sandıqçası, 23 qumbara alışdırıcısı, 15 ədəd müxtəlif hərbi ləvazimat və sursat, 7716 ədəd müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 13 fakt aşkar olunub, ümumi çəkisi 5 tona yaxın 10753 ədəd çətənə kolu məhv edilib.

Bundan başqa, tədbirlər zamanı ölkəmizin sərhədyanı rayonlarının ərazisində törədilən 5 müxtəlif cinayətin açılması da təmin edilib.

Ümumən insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, həmçinin hər iki dövlətin milli maraqlarına, qanunçuluq prinsiplərinə ciddi riayət olunmaqla gerçəkləşdirilən belə birgə kompleks əməliyyat-axtarış tədbirlərinin gələcəkdə də keçirilməsi planlaşdırılır.

Tarix
2019.06.13 / 12:11
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Kəmaləddin Heydərov və Bakı meri yanğın ərazisində - Foto

Kəmaləddin Heydərovdan vətəndaşlara: Bunu etmək olmaz!

“Gənclik”də 3,5 milyona obyekt satılır - Foto

Tibb bacıları etiraza başladı: Nazirlik maaşımızı vermir

Qubada itkin düşən azyaşlı tapıldı

Qarabağ müharibəsi əlillərinə yeni mənzillər verildi - Foto

12 nəfərin zəhərləndiyi dönərxana ilə bağlı - Rəsmi açıqlama

Sabah Bakıya yağış yağacaq

Bakıda tanınmış jurnalistin maşınına hücum edildi - Foto

Xəzərin səviyyəsi endi: Təhlükə varmı? - Nazirlik

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla