Yuxarı

Qadınların ictimai-siyasi həyatdakı rolu... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadınların ictimai-siyasi həyatdakı rolu... – Millət vəkili

Millət vəkili Qənirə Paşayeva Bakı Beynəlxalq Qadınlar Klubunun yaradılmasının 25 illik yubileyi münasibətilə təşkil edilən tədbirdə iştirak edib.

Axar.az xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Beynəlxalq Qadınlar Klubunun rəhbərliyini və üzvlərini təbrik edib, onlara daha da böyük uğurlar diləyib. Q.Paşayeva Azərbaycanda qadınların cəmiyyətdə, ictimai-siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə də danışıb və görülən işlərdə Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərini xüsusi vurğulayıb.

Millət vəkili bu gün Azərbaycan qadınlarının ictimai həyatın hər bir sahəsində fəallıq göstərdiyini söyləyib:

“Qadınlar əsasən təhsil, mədəniyyət, səhiyyə və sosial müdafiə kimi sahələrdə üstünlük təşkil edir. Lakin son illər qadınların həm də siyasi və ictimai qərar qəbuletmə səviyyəsində iştirakı artıb və artmaqda davam edir”.

Q.Paşayeva tədbir çərçivəsində Beynəlxalq Qadınlar Klubunun üzvləri, xaricdən gəlmiş fəal qadınlarla görüşüb, fikir mübadiləsi aparılıb.

Tarix
2019.06.13 / 16:18
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla