Yuxarı

Bakıda pulsuz çimərlik azalıb: Agentlik hərəkətə keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ictimai çimərliklərin sayı azalıb. Az sayda qalanlar isə baxımsız vəziyyətdədir. Bu problemi nəzərə alan Dövlət Turizm Agentliyi çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət də qaldırıla bilər.

“Xəzər Xəbər”in məlumatına görə, havaların isinməsi ilə dənizə üz tutanların sayı artıb. Dəniz mövsümünün başlaması ictimai çimərliklərin vəziyyətini də gündəmə gətirib.

Çəkiliş apardığımız Novxanı-Sumqayıt yolunun kənarında demək olar ki, ictimai çimərlik qalmayıb. Yol boyu hasara alınaraq özəl çimərlik xidmətləri göstərilir. Ərazidə cəmi bir yerdə ictimai çimərlik var ki, ona da giriş 1 manatdır. Girişin pullu olması ilə yanaşı, elə həmin çimərliyin hazırki vəziyyəti də ürəkaçan deyil.

Qeyd edək ki, hələ 2017-ci ildə Bakıda 6 özəl, 6 ictimai, Xaçmazda 2 özəl, 2 ictimai, Lənkəranda 2 özəl, 1 ictimai, Astarada 1 özəl, 1 ictimai çimərliklərin yaradılması planlaşdırılırdı. Ancaq 2 il keçməsinə baxmayaraq, planın icrası baş tutmayıb.

Məsələ ilə bağlı Dövlət Turizm Agentliyindən bildirildi ki, qurum bu ildən çimərliklərdə monitorinqlərə başlayıb. Monitorinq Azərbaycanın bütün çimərliklərini əhatə edəcək. Əsas məqsəd insanların çimərliklərə pulsuz girişini təmin etmək və özəl çimərliklərin sayını azaltmaqdır.

Agentliyin sözcüsü Kənan Quluzadə bildirib ki, monitorinqin nəticəsindən asılı olaraq bəzi özəl çimərliklərin bağlanması üçün vəsatət qaldırıla bilər.

Tarix
2019.06.13 / 22:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla