Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 İyul 2019


Sabaha gözlənilən hava şəraiti açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava yağmursuz olacaq.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 20-24° isti, gündüz 28-33° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti də açıqlanıb. Belə ki, şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 21-22° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyunun 18-də hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 33-38° isti, dağlarda gecə 15-20° isti, gündüz 21-26° isti təşkil edəcək.

Tarix
2019.06.17 / 11:58
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Dənizdə meyiti tapılan şəxs kimin oğludur? - Foto

Temperatur yüksəlir: 38 dərəcə isti...

Polis veteranları iş başında: 2600 cinayət açıldı

İşdən çıxarılan 77 nəfəri nazir yenidən işə götürdü - Səbəb

Şəkidə xəsarət alanların son vəziyyəti - Nazirlik

Şəkidə bədbəxt hadisə: Müəllimə öldü, nazir tapşırıq verdi

Ceyhun Səfərovun yeni vəzifəsi məlum oldu

"Günəşli" yatağında ölüm hadisəsi... - Rəsmi

Bizə açıq müqavimət göstərənlər var - Rektordan şok

Qubada pomidor və toyuqdan zəhərlənmə... - Açıqlama

KULT
<>
Xəbər xətti
 
e-vetendash
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla