Yuxarı

“Azercell”dən möhtəşəm rəqəmsal şou!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azercell”dən möhtəşəm rəqəmsal şou!

21 İyun Heydər Əliyev Mərkəzinin parkında Emin “Azercell”in yeni brend kimliyinin açıqlanmasında iştirak edəcək- Giriş sərbəstdir

Axar.az xəbər verir ki, Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan “Azercell” fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır. İyun ayının 21-i Heydər Əliyev Mərkəzinin parkında keçiriləcək böyük tədbirdə “Azercell” bütün dünyaya dinamik telekom bazarının tələblərinə uyğun olan yeni brend kimliyini təqdim edəcək.

“Azercell” bu mühüm günün sevincini bütün ölkə ilə paylaşacaq. Odur ki, dünyaca məşhur mügənni və bəstəkar, “Jara” beynəlxalq musiqi festivalının təşkilatçısı Emin Ağalarovun iştirakı ilə keçiriləcək və rəqəmsal dünyanın yeniliklərini Azərbaycana gətirəcək ilin ən valehedici şousuna giriş sərbəstdir! Azərbaycanın telekommunikasiya sahəsi üçün olduqca əlamətdar bu gündə məşhur şoumen Murad Dadaşovun aparıcılığı ilə baş tutacaq tədbirdə Emin ilə səhnəni Zülfiyyə Xanbabayeva, Nigar Camal, Çingiz Mustavayev, Elnarə Xəlilova, Elşad Xose, DJ Tim və “Nero Dance” rəqs qrupu bölüşəcəklər.

Biz yeni rəqəmsal dövrümüzə sizinlə addımlamaq və fəaliyyətimizin tarixi günü kimi qeyd ediləcək bu günü hər birinizlə paylaşmaq istəyirik! Musiqinin sehrinə qapılacağınız bu şouda Rəqəmsal gələcəyi "Azercell" ilə qarşılayaq!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Tarix
2019.06.18 / 10:24
Müəllif
Axar.az
Digər xəbərlər

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla