Yuxarı

Azərbaycanda qadın müəllimlərin sayı açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda qadın müəllimlərin sayı açıqlandı

Statistik göstəriciyə görə, Azərbaycanda təhsil sistemində çalışanların çoxunu qadınlar təşkil edir.

Trend-in məlumatına görə, bunu tThsil nazirinin müavini İdris İsayev “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Dayanaqlı İnkişaf Məqsədlərində əsas göstəricilərdən biri də təhsil sistemində gender məsələsinin gözlənilməsidir.

İ.İsayev qeyd edib ki, ölkəmizdə təhsil sistemində çalışan müəllimlərin 79 faizini qadınlar, təhsil alanların isə 47 fazini qızlar təşkil edir:

"Peşə təhsilində müəllimlərin 69 faizi, tələbələrin 33 faizi, orta ixtisas səviyyəsində müəllimlərin 78 faizi, tələbələrin 65,6 faizi qadınlardır. Ali təhsilin bakalavriat səviyyəsində təhsil alan qadınların sayı 50 faiz olsa da, magistratura səviyyəsində bu göstərici 54 faizdir. Doktorantura səviyyəsində təhsil alanların 56 fazini qadınlar təşkil edir. Hazırda fəlsəfə doktoru hazırlığı üzrə təhsil alanların 51, elmlər doktoru üzrə təhsil alanların 46 faizi qadınlardır".

Nazir müavini əlavə edib ki, hazırda dünyada 53 milyona yaxın uşaq məktəbə getmir. Həmin uşaqların çoxu münaqişə bölgələrində yaşayır. Dünyada 103 milyon gəncin savadlılıq səviyyəsi aşağıdır ki, bunun da 60 faizi qadınlardır.

Tarix
2019.06.18 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla