Yuxarı

DİM bu abituriyentlərə müraciət etdi: 3 iyuladək...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə Qabiliyyət İmtahanı Komissiyalarından qeydiyyatdan keçmək istəyən abituriyentlərə müraciət edib.

DİM-dən Axar.az-a verilən məlumata görə, 60, 61 və 62-ci komissiyalar üzrə qeydiyyatdan keçmək istəyən abituriyentlər iyunun 20-dən 28-dək DİM-in internet saytının eservices.dim.gov.az/erizebak/qabiliyyet səhifəsinə daxil olaraq göstərilən komissiyalar üzrə qeydiyyatdan keçə bilərlər.

Bu istiqamətə aid digər komissiyalar üzrə qeydiyyat 20 iyun tarixindən 3 iyul tarixinədək aparılacaq.

Xüsusi qabiliyyət imtahanlarının cari il üçün müsabiqə şərtlərinə əsasən:

60 və 61-ci komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin nəticələri qeydiyyatdan keçdikləri halda biri digərinə və 62-ci komissiyaya da;

78-ci komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda 79-cu komissiyaya da;

84-cü komissiya üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda 85-ci komissiyaya da şamil edilir.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə regionlarda fəaliyyət göstərən 65 və 66-cı komissiyaların hər hansı biri üzrə qabiliyyət imtahanından məqbul qiymət almış abituriyentlərin imtahan nəticələri qeydiyyatdan keçdikləri halda biri digərinə şamil edilir.

Bədən tərbiyəsi və idman istiqamətinə aid xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər ümumi fiziki hazırlıq imtahanı üzrə normativlərlə bu link vasitəsilə tanış ola bilərlər.

Qeyd edək ki, abituriyent təsviri sənət, musiqi sənəti, memarlıq, teatr, kino və xoreoqrafiya sənəti, bədən tərbiyəsi və idman istiqamətlərinin hər hansı 2-si üzrə qeydiyyatdan keçə bilər. Ümumilikdə, abituriyent seçdiyi 2 istiqamətə aid ali təhsil müəssisələrinin və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin cəmi 6 komissiyası üzrə qeydiyyatdan keçə bilər.

Tarix
2019.06.19 / 17:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla