Yuxarı

Bu istirahət mərkəzlərinin sahibləri “zibilə düşdü” - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu istirahət mərkəzlərinin sahibləri “zibilə düşdü” - Foto

Sahil zolağını çirkləndirən obyekt sahibləri cəzalandırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, reydlər zamanı Mərdəkan qəsəbəsinin Xəzər dənizi sahili zolağında fəaliyyət göstərən “Karvan Palas” mehmanxanasının, “Xəzri” və “City Beach” istirahət mərkəzlərinin ərazilərində tullantıların düzgün idarə olunmadığı və qalaqlandığı faktları aşkar edilib.

Ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərini pozduqlarına görə “Karvan Palas”, “Xəzri” ictimai iaşə obyektlərinin icracı direktorları Məhluqə Qibləliyeva və Zahid Hüseynov barəsində protokol tərtib olunub, hər biri vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə edilib. “City Beach” istirahət mərkəzinin məsul şəxsi Zöhrə Əliyevaya isə fiziki şəxs kimi 800 manat məbləğində cərimə tətbiq olunub. Ərazinin tullantılardan təmizlənməsi tələbi ilə ictimai iaşə obyektlərinin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş” verilib.

Reydlər davam etdirilir.

Tarix
2019.06.21 / 14:56
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tramp İlham Əliyevə təşəkkür etdi

Ermənistanla sülh bu vaxta qədər davam edəcək, sonra...

Ermənistan Konstitusiyasında dəyişiklik... - Bayramov

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla