Yuxarı

Təhsil Nazirliyindən dərsliklərlə bağlı - Çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi təhsil işçiləri, ziyalılar, valideynlər və bütün digər maraqlı tərəfləri dövlət ümumtəhsil müəssisələri üçün hazırlanan dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesində aktiv iştirak etməyə çağırıb.

Təhsil Nazirliyindən Axar.az-a verilən məlumata görə, 2019-2020-ci tədris ilinə ölkənin dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün yeni hazırlanmış, IV və VIII sinifləri üçün isə təkmilləşdirilmiş dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsi prosesi davam edir. 2019-cu ilin aprel ayının ortalarından başlamış proses iyul ayının ortalarına qədər davam edəcək. Hazırda ən çox baxış sayının I sinif “Azərbaycan dili (tədris dili)” dərslik layihəsinə aid olduğu müşahidə edilir:

"Dərslik layihələrinə dair ictimai rəyin öyrənilməsində iştirak etmək istəyənlər www.trims.edu.az saytının “İctimai müzakirədə olanlar” bölməsinə daxil olmaqla yerləşdirilən istənilən layihəni oxuya bilər, eyni zamanda xüsusi ayrılmış sahədə irad və təklifləri yazaraq prosesə öz töhfələrini verə bilərlər. İrad və təkliflər [email protected] elektron poçtuna göndərilməklə də bildirilə bilər.

Təhsil Nazirliyi bir daha alimləri, təhsil işçilərini, ziyalıları, valideynləri və bütün digər maraqlı tərəfləri müzakirəyə çıxarılmış dərslik layihələrinə dair öz arzu, irad və təkliflərini bildirməyə dəvət edir".

Tarix
2019.06.24 / 11:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla