Yuxarı

Minsk Bakıya bənzəmək üçün nələr edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Belarusun paytaxtında İkinci Avropa Oyunlarının açılışı oldu. Minskə 50 ölkədən 5 mindən çox atlet gəlib. Sanki şəhərin əhalisi iki dəfə artıb.

Azərbaycan bu yarışlarda 80 idmançı ilə təmsil olunur. Minskə həmçinin 32 məşqçi, 15 inzibati işçi və 5 tibbi əməkdaş ezam olunub.

Bundan əlavə Azərbaycandan İkinci Avropa Oyunlarına həmçinin azarkeşlərdən ibarət dəstək qrupu da gedib. Belə ki, ölkəmizin bayrağı və digər simvolları ilə “silahlanmış” 40-dan çox azarkeş azərbaycanlı idmançıların hər çıxışını dəstəkləyir.

“Biz azərbaycanlı azarkeşləri demək olar ki, dünyanın hər bir yerində dəstəkləyirik. Bu gün Minskdə Azərbaycan azarkeşləri ən çoxsaylı və yaddaqalan azarkeş qruplarından biridir – böyük bayraq pankartları, Azərbaycan atributları, himni hamıdan ucadan oxuyuruq. Bütün bunlar idmançılarımıza xaricdə kömək edir və əlavə inam verir”, - Axar.az-ın müxbiri ilə söhbətdə azərbaycanlı azarkeşlərdən Bəxtiyar Əliyev deyir.

Onun sözlərinə görə, əgər digər yarışlarda Azərbaycanın sevməyənlər müxtəlif təxribatlara əl atırdılarsa, Minskdə bununla bağlı vəziyyət hələlik normaldır.

“Belarus azarkeşləri həm bizə, həm də ermənilərə loyal yanaşır. Misal üçün dünənki görüşü yada salmaq olar: cüdo üzrə yarışların ikinci günündə azərbaycanlı cüdoçu Rüstəm Orucov (73 kq çəkiyə qədər) finalda isveçli Tommi Masiasuya uduzdu və gümüş medal qazandı. Lakin ən maraqlısı dörddəbir finalda baş vermişdi – Orucov erməni cüdoçu Karapetyanla üz-üzə gəlmişdi. Biz idmançımızı o qədər güclü və ucadan dəstəkləyirdik ki, azsaylı erməni azarkeşləri hətta bayraqlarını belə qaldırmağa utanırdılar. Rüstəmə təşəkkür edirik ki, o da üzərinə düşən öhdəliyi bacardı və inamla erməniyə qalib gəldi”, - Əliyev qeyd edib.

Avropa Oyunlarının təşkilatından danışan Bəxtiyar Əliyev qeyd edib ki, Minsk Oyunların keçirilməsi modelini Bakıdan mənimsəyib.

“Hər şey Bakıdakı kimidir – fan-zonalar, xüsusi avtobuslar üçün xətlər, biletlərin satışı, atributların satış mərkəzi, yarmarkalar, təqdimat meydançaları...

Bakı çox yüksək səviyyədə Oyunları təşkil etmişdi və bundan sonra hamı bizim modelə bərabər olmağa çalışacaq”, - o deyib.

Qeyd edək ki, İkinci Avropa Oyunlarının ilk iki günündə Azərbaycan millisi səkkiz medal – dörd gümüş və dörd bürünc - qazanıb.

Tarix
2019.06.24 / 15:52
Müəllif
Əli, Seymur
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla