Yuxarı

Azərbaycanda havanın isti keçməsinin səbəbləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:42

İyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir.

Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Direktor bu il Azərbaycanda kəskin istilərin daha tez müşahidə olunduğunu bildirib:

“Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb: Bakıda 37, Abşeron yarımdasında 39,6, aran rayonlarında isə 40-42 dərəcə isti. Bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir.

Son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır.

Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Xanımlar uşaqları günəşdən qorusunlar, yaşlı insanların günəşin altında olmaları məsləhət deyil”.

Tağıyeva havaların sabahdan etibarən sərinləşəcəyini deyib:

“Əhaliyə hava şəraiti ilə bağlı təsəlliedici bir xəbər vermək istərdim. Bakı-Abşeronu kəskin istilərdən “xilas” edən arabir güclənən şimal küləyi ayın 26-27-də temperaturun 2-3 dərəcə aşağı enməsinə səbəb olacaq. Növbəti isti günlər isə ayın 28-29-da gözlənilir. İyun ayının 30-dan başlayaraq yenidən şimal küləyi güclənəcək və ilkin proqnoza görə iyul ayının ilk günləri nisbətən sərin keçəcək”.

Tarix
2019.06.25 / 17:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla