Yuxarı

ADU tələbələri müsabiqədə qalib oldular - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADU tələbələri müsabiqədə qalib oldular - Foto

Azərbaycan Dillər Universitetində (ADU) GUAM+B ölkələrinin 6-cı Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsi keçirilib.

ADU-dan Axar.az-a verilən məlumata görə, müsabiqə beş dövlətin – Gürcüstan, Ukrayna, Moldova, Belarus və Azərbaycanın iştirakı ilə təşkil edilib.

Hər il Yapon Fondu tərəfindən dəstəklənən və Azərbaycanda ikinci dəfə keçirilən bu müsabiqədə 4 tələbə təmsil edib ki, onların da 2-si ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin tələbələri Lalə Bağırova və İlahə Məmmədova olub. Lalə Bağırova 2-ci, İlahə Məmmədova isə 3-cü yerə layiq görülüb.

Sonda isə Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Katori Teriyuki çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər.

GUAM+B ölkələrinin 7-ci Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsinin Moldovada keçirilməsi yekdilliklə qəbul olunub.

Tarix
2019.06.25 / 18:29
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla